HAQQIMIZDA

Biz kimik?

Bakı şəhərində yerləşən INTRUST MMC müştərilərinin peşəkar ehtiyaclarına cavab verməyi hədəfləyərək hüquq və biznes xidmətləri göstərən konsaltinq şirkətidir. Şirkətimiz yeni sosial-iqtisadi yenilikləri və maliyyə çətinliklərini idarə etmək və ən uyğun şəkildə həll etmək üçün yüksək keyfiyyətli yardım təklif edir.

Şirkətin fəaliyyətinin söykəndiyi ideya müştərilərə onların fəaliyyət sahələrində ağlabatan xidmət haqqı qarşılığında mübahisələr üzrə hüquqi yardım, hüquqi konsultasiya və digər hüquqi xidmətlər göstərə biləcək şirkət yaratmaq olmuşdur.

Biz məsuliyyətli və problemlərinizə qayğı ilə yanaşacaq komandamızla sizi və biznesinizi yaxından tanımaq üçün əlimizdən gələni edirik. Şirkətimiz sizi arzu etdiyiniz biznes nəticələrinə çatmaqda dəstəkləyəcəkdir.

Bizim missiyamız

Müxtəlif sahələrdə müştərilərlə peşəkar münasibətlərin qurulması bizim üçün qızıl prinsip kimi çıxış edir. Şirkətimizin gələcək məqsədləri arasında beynəlxalq biznes etikasına, yüksək keyfiyyət və dəyərlərə uyğun şəkildə müştərilərimizə xidmət göstərmək və ölkəmizin inkişaf etməkdə olan biznes mühitinə dəstək olmaq xüsusi yer tutur.

INTRUST MMC olaraq güvənli hüquqi və strateji məsləhətçi kimi müştərilərimizin məqsədlərini öyrənərək onların potensial çətinliklərini əvvəlcədən həll etməyi başlıca missiyamız olaraq görürük. Müştərilərimizə onların hüquqi və digər işləri üzrə yüksək məsuliyyət və peşəkarlıqla ən uyğun xidməti göstərməkdə istəkliyik.